• İDMAN

    11:24 24 aprel 2019

“Formula-1”: Sam Smitin Bakı konserti ləğv olunub

Məşhur müğənni Sam Simitin “Formula-1” üzrə SOCAR Azərbaycan Qran-prisi çərçivəsində Bakıda keçirilməli olan konsert proqramı baş tutmayacaq.

Bu barədə ONA-ya məlumatı Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) veriblər.

Bildirilir ki, ötən həftə Cənubi Afrika turunu yarıda kəsən britaniyalı müğənni konsert proqramlarına qısa fasilə verdikdən sonra tibb mütəxəssislərinin məsləhətinə əsasən növbəti konsert proqramlarını da ləğv etməli olub.

Bu səbəbdən də Sam Smit aprelin 27-də Bakıda çıxış edə bilməyəcək.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR