• İDMAN

    17:00 27 aprel 2019

"Formula-1": Sıralama yürüşü başlayıb

"Formula-1" üzrə Azərbaycan Qran-prisində sıralama turuna start verilib.

ONA-nın məlumatına görə, 10 komandanın 20 pilotu yürüşün nəticəsinə əsasən sabah keçiriləcək yarışda start xəttində öz yerlərini alacaqlar.

Tur 1 saat davam edəcək. Sərbəst yürüşlərdə ən yaxşı göstərici Şarl Leklerə ("Ferrari") məxsusdur.

Qeyd edək ki, Qran-prinin əsas yarışı sabah saat 16:10-da başlayacaq.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR