“Formula-1” SOCAR Azərbaycan Qran Prisini izləməyə 85 min tamaşaçı gəlib
  • İDMAN

  • 17:09 01 May 2019

“Formula-1” SOCAR Azərbaycan Qran Prisini izləməyə 85 min tamaşaçı gəlib

“Formula-1” SOCAR Azərbaycan Qran Prisi 2019 yarışı çərçivəsində 4 gün boyunca yarış sessiyalarını yerində canlı izləməyə və həmçinin həftəsonunda Kristal Zalda dünya ulduzlarının iştirakı ilə keçirilən axşam konsertlərinə ümumilikdə 85 min tamaşaçı gəlib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) ONA-ya bildirilib ki, bu il ötən ilki qədər bilet satılıb. Xaricdən alınan biletlərin nisbəti 22 % təşkil edib. Ötən illə müqayisədə bu il yarış həftəsonu ərzində yarış məkanına gələnlərin sayında bir qədər azalma müşahidə olunub. Buna səbəb əvvəlcədən iştirakı nəzərdə tutulan britaniyalı ulduz Sem Smitin yarışa çox az vaxtda xəstələndiyi üçün Bakı konsertini ləğv etməsidir.

Qeyd edək ki, Azərbaycan Qran Prisini “Mercedes” komandasının pilotu Valteri Bottas qazanıb. Onu komanda yoldaşı Luis Hamilton və “Ferrari” sürücüsü Sebastian Fettel ardıcıllıqla izləyiblər. Yarışı izləməyə 74 ölkədən azarkeş gəlib.

 

OXŞAR XƏBƏRLƏR