“Formula-1”: SOCAR Azərbaycan Qran-prisinin [color=red]GÜNDƏLİYİ[/color]
  • İDMAN

  • 10:07 23 Aprel 2019

“Formula-1”: SOCAR Azərbaycan Qran-prisinin GÜNDƏLİYİ

Aprelin 26-28-də Bakıda keçiriləcək SOCAR Azərbaycan Qran-prisinin cədvəli açıqlanıb. 

ONA-nın məlumatına görə, 4-cü dəfə ölkəmizdə təşkil olunan yarış çərçivəsində “Formula-1” və “Formula-2” üzrə yürüşlər baş tutacaq. 

Azarkeşlər üçün turnir daha tez – aprelin 25-dən başlanacaq. Bileti olan fanatlar həmin gün saat 12:00-dan Dənizkənarı Parkda əyləncə zonalarına daxil ola biləcəklər. Saat 14:00-da isə onlara Pit Leyn gəzintisi təşkil ediləcək. 

İlk yürüş aprelin 26-na təsadüf edəcək. Azarkeşlər önünə öncə “Formula-2” pilotları çıxacaqlar. Onlar sərbəst yürüşdə, günün ikinci yarısında isə sıralama yarışında mübarizə aparacaqlar. Həmin gün “Formula-1” üzrə sərbəst yürüşlər də təşkil olunacaq. 

Ertəsi gün “Formula-2” pilotları ilk yarışın mükafatçılarını müəyyənləşdirəcəklər. Bununla yanaşı, “Formula-1”də üçüncü sərbəst yürüş və sıralama turu da baş tutacaq. Günə Sam Smitin konserti ilə yekun vurulacaq. 

İlk 2 gündə də keçirilən avtoqraf sessiyaları aprelin 28-də başa çatacaq. Eyni zamanda, “Formula-2”nin ikinci yarışının mükafatçıları və SOCAR Azərbaycan Qran-prisinin qalibləri bəlli olacaq. Bu 2 yarışın arasında açılış mərasimi və politların paradı da təşkil ediləcək. Mərhələ Kardi Binin konserti ilə yekunlaşacaq. 

25 aprel
12:00. Azarkeş zonalarının qapıları açılır
14:00. 4 günlük bilet sahiblərinin Pit Leyn gəzintisi
20:00. Trekin qapıları açılır

26 aprel
11:00-11:45. “Formula-2”. Sərbəst yürüş
11:10-11:30. Avtoqraf sessiyası (“Red Bull”)
11:30-11:50. Avtoqraf sessiyası (“Ferrari”)
11:50-12:10. Avtoqraf sessiyası (“Reno”)
13:00-14:30. “Formula-1”. Birinci sərbəst yürüş
15:00-15:30. “Formula-2”. Sıralama yarışı
17:00-18:30. “Formula-1”. İkinci sərbəst yürüş

27 aprel
10:20-10:50. “Formula-2”. Pilotların paradı
11:20-11:40. Avtoqraf sessiyası (“Fors İndia”)
12:00-12:20. Avtoqraf sessiyası (“Alfa Romeo”)
12:00-13:05. “Formula-2”. Birinci yarış
11:20-11:40. Avtoqraf sessiyası (“Mercedes”)
14:00-15:00. “Formula-1”. Üçüncü sərbəst yürüş
17:00-18:00. “Formula-1”. Sıralama turu
21:00. Sam Smitin konserti

28 aprel
11:20-11:40. Avtoqraf sessiyası (“Uilyams”)
11:40-12:00. Avtoqraf sessiyası (“MakLaren”)
12:00-12:20. Avtoqraf sessiyası (“Haas”)
12:20-12:40. Avtoqraf sessiyası (“Toro Rosso”)
13:10-14:00. “Formula-2”. İkinci yarış
14:30-15:00. Açılış və pilotların paradı
15:54-15:56. Dövlət Himni mərasimi
16:10-18:10. “FORMULA-1”. SOCAR Azərbaycan Qran-prisi
18:10. Podium mərasimi
22:00. Kardi Binin konserti

OXŞAR XƏBƏRLƏR