• İDMAN

    15:00 27 aprel 2019

"Formula-1": Son sərbəst yürüşdə "üçlük" dəyişilməz qalıb

"Formula-1" üzrə SOCAR Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş başa çatıb.

ONA-nın məlumatın görə, 1 saat davam edən son məşqdə ən yaxşı nəticəni yenə "Ferrari"nin pilotu Şarl Lekler göstərib.

O, ikinci sərbəst yürüşdəki nəticəsini (1:42,872) də arxada qoyub. Lekler dövrəni bu dəfə 1 dəqiqə 41,604 saniyəlik göstərici ilə başa vurub. Bir gün öncə ilə müqayisədə ikinci və üçüncü pillədə qərarlaşan pilotların da yeri dəyişməz qalıb. Yenə Lekleri komanda yoldaşı Sebastyan Fettel və "Mercedes"dən Luis Hamilton izləyib.

Saat 17:00-da pilotlar sıralama turuna çıxacaqlar.

Qeyd edək ki, ilk sərbəst yürüş qəza səbəbindən yarımçıq dayandırılıb. İkinci məşqdə isə Şarl Lekler birinci, Sebastyan Fettel (hər ikisi "Ferrari") ikinci, Luis Hamilton (“Mercedes”) üçüncü nəticə göstərib.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR