"Formula-1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda qəza baş verib.
ONA-nın məlumatına görə, "Uilyams"ın pilotu Robert Kubitsa döngədə səhvə yol verib.
O, dönməyə vaxtından tez başladığı üçün bolidi təhlükəsizlik səddinə dəyib və avtomobili evakuasiya edilib.
Daniel Rikkardo ("Reno") isə Lens Strollla (“Resinq Point”) toqquşub. Nəticədə sonuncu çıxışını bitirib.
Həmçinin Niko Hülkenberq ("Reno"), Roman Qrojan ("Haas") və Corc Rassel ("Uilyams") də sıralama turunda mübarizəni dayandırıblar.
Qeyd edək ki, qəza ikinci hissəni startını qeyri-müəyyən müddətə təxirə salıb. Hazırda dağılmış sədlər düzəldilir.