• İDMAN

    16:54 12 mart 2019

“Formula-1”in sabiq rəhbəri təşkilatçılara problem yaratmaqda ittiham olunur

“Formula-1”in sabiq rəhbəri Berni Ekklston növbəti ittiham dalğası ilə üzləşib.

ONA-nın məlumatına görə, yarışın sahibi “Liberty Media”nın baş direktoru Qreq Maffey onu müxtəlif problemlər yaratmaqda günahlandırır.

“Formula-1” rəsmisi bildirib ki, turnirin yeni sahibləri Qran-pri promouterləri ilə müqavilələrin yenilənməsi vaxtı B.Ekklstonun yaratdığı çətinliklərlə üzləşib: “O çox yaxşı, hətta həddindən artıq yaxşı iş görərək, promouterləri sıxışdıraraq hər şeyi alıb. Biz bunun nəticələrini hələ də təmizləməklə məşğuluq. Bəzən ona görə ki, biz daha şəffafıq və onlar müqavilələrdəki rəqəmləri görə bilir. Qismən isə Berni onlara əlavə ödəmələr haqda danışır. Bu, işə kömək etmir, vəziyyəti elə gərginləşdirir ki, ölkələr mərhələlərin maliyyələşdirməsini dayandırmaq istəyir. Buna Meksika və İspaniyanı misal çəkmək olar. Bu da bizə problemlər yaradır”.

Maffey “Formula-1”in Afrikada mərhələ təşkil etmək üzərində çalışdıqlarını da açıqlayıb.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR