“Kampos” komandasının pilotu Cek Aitken Bakıda keçirilən “Formula-2” üzrə birinci yarışın qalibi olub.
ONA-nın məlumatına görə, böyük britaniyalı sürücü 1 saat 2 dəqiqə 27,628 saniyə göstərici ilə rəqiblərini qabaqlayıb. 20 iştirakçıdan 13-ünün finişə çatdığı yarışda Nik de Vries (“Art Grand Prix”) ikinci, Yordan Kinq (“Motorsport”) isə üçüncü yeri tutub.
Qeyd edək ki, “Formula-2” üzrə ikinci yarış sabah saat 13:10-da start götürəcək və 21 dövrədən ibarət olacaq.