• İDMAN

    14:10 28 aprel 2019

“Formula-2”: Nikolas Latifi son yarışın qalibi olub

Bakıda SOCAR Azərbaycan Qran-prisi çərçivəsində keçirilən “Formula-2” üzrə yürüşlər yekunlaşıb.

ONA-nın məlumatına görə, bu gün keçirilən ikinci yarış Nikolas Latifinin qələbəsi ilə başa çatıb.

Belə ki, 10 komandanın pilotları 21 dövrə (126,063 km) vuraraq, qalibi müəyyənləşdiriblər. "Dams"ın üzvü 48 dəqiqə, 43,284 saniyəlik nəticə ilə rəqiblərini qabaqlayaraq, finişə birinci çatıb. Xuan Korrea (“Sauber”) ikinci, Cek Aitken (“Kampos”) üçüncü yeri tutub.

Qeyd edək ki, Bakıda "Formula-2" üzrə təşkil olunan ilk yarışda Cek Aitken (“Kampos”) qalib adını qazanıb. Nik de Vries (“Art Grand Prix”) ikinci, Yordan Kinq (“Motorsport”) isə üçüncü yeri tutub.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR