Bakıda keçirilən "Formula-2" üzrə birinci yarışda 2 qəza baş verib.
ONA-nın məlumatına görə, “Trident”un pilotları Ralf Boşunqla Giliano Alesi bir-birinə problem yaradıblar. Onlar xoşagəlməz hadisə ilə startda üzləşiblər. Bolidi ciddi zərər görən Alesi yarışı vaxtından əvvəl bitirib.
Həmçinin məşhur pilot Mixael Şumaxerin oğlu Mik Şumaxer də qəzanın "qurban"ı olub. Beton səddə çırpılan almaniyalının bolidin arxası sıradan çıxıb və Mik mübarizəni dayandırıb.