Almaniyanın “Bavariya” klubu təcrübəli futbolçuları Frank Riberi və Aryen Robbenlə yollarını ayıracaq. ONA-nın məlumatına görə, Münhen təmsilçisinin prezidenti Uli Höness mövsümün sonunda hər iki oyunçu ilə vidalaşacaqlarını açıqlayıb.
Klub funksioneri həm klubun, həm də veteran futbolçuların adına layiq vida təşkil ediləcəyini də bildirib. Höness karyeralarını başa vurduqdan sonra futbolçulara klubda vəzifə təklif olunacağını da gizlətməyib.
Lakin Riberi və Robben hələ yaşıl meydanlarla vidalaşmaq niyyətində deyil. Bu üzdən hər iki oyunçu aldıqları təklifləri nəzərdən keçirir. Almaniya mətbuatı Riberini heyətində görmək istəyən komandalar sırasında Türkiyə “Qalatasaray”ını da daxil edib. İstanbul klubunun 35 yaşlı fransalını ələ keçirməyə ciddi namizədlərdən biri sayılır.
Qeyd edək ki, Frank 2004/05 mövsümünün ikinci yarısında “Qalatasaray”ən şərəfini qoruyub. Onun Türkiyə klubuna keçidi reallaşsa, Frank 14 ildən sonra sarı-qırmızı forma geyinəcək.