• İDMAN

    15:36 3 may 2019

Fransa Futbol Federasiyası Mbappeni 3 oyunluq cəzalandırıb

Fransa millisinin və PSJ klubunun futbolçusu Killian Mbappe cəzalandırılıb.

ONA-nın məlumatına görə, Fransa Futbol Federasiyasının İntizam Komitəsi hücumçunu üç matçlıq diskvalifikasiya edib.

O, ölkə kubokunun “Renn”lə final oyununda (2:2, pen.5:6) qırmızı vərəqə aldığı üçün belə cəzaya məruz qalıb. K.Mbappenin cəzası təkcə kubok deyil, bütün turnirlərə tətbiq olunacaq. Bu üzdən də forvard Liqa1-in növbəti üç turunda “Nitsa”, “Anje” və “Dijon”a qarşı matçları buraxacaq. K.Mbappe mayın 25-də son turun “Reyms”lə səfər görüşündə oynamaq imkanı qazanacaq.

Qeyd edək ki, komitə PSJ-nin digər oyunçusu Neymara qarşı da iş açıb. Braziliyalı “Renn”lə matçdan sonra azarkeşi vurub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR