AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunlar keçirilib. ONA-nın məlumatına görə, A, B və H qruplarında ikinci turun görüşləri baş tutub.
Qonşu Türkiyə millisi ardıcıl ikinci qələbəsini qazanıb. Şenol Günəşin yetirmələri Əskişəhərdə Moldovanı darmadağın ediblər – 4:0. “Səbail”in futbolçusu Yevgeni Koçuk matçı qonaqların ehtiyat oyunçular skamyasından izləyib.
H qrupunda yarışa qələbə ilə başlayan Fransa ilə İslandiya Parisdə görüşüb. Son dünya çempionları ev matçında rəqibini darmadağın edərək üç xal qazanıblar. “Qarabağ”ın islandiyalı qapıçısı Hannes Haldorsson start heyətində çıxdığı görüşü əvəzolunmadan keçirib və 4 qol buraxıb.
A qrupunda İngiltərə ardıcıl ikinci qələbəsini əldə edib. Futbolun yaradıcıları Monteneqroda hesabda geri düşsələr də, böyükhesablı qalibiyyətə seviniblər. “Qarabağ”ın futbolçusu Simeon Slavçevin sıralarında yer aldığı Bolqarıstan səfərdə Kosovo ilə heç-heçə edib. Yarımmüdafiəçi start heyətində çıxdığı matçda sarı vərəqə ilə cəzalanıb.
Son Avropa çempionu Portuqaliya öz meydanında Serbiyanı qəbul edib. Görüş pireneylilər üçün uğursuz başlayıb. Erkən qol buraxan Portuqaliya zədələnən Kriştianu Ronaldonun əvəzlənməsindən sonra çətin duruma düşüb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Qrupun digər matçında Ukrayna Lüksemburq üzərində əzmkar qələbə qazanaraq, liderliyə yüksəlib.
Qeyd edək ki, seçmə mərhələnin ikinci turuna martın 26-da yekun vurulacaq.
AVRO-2020-nin seçmə mərhələsi
25 mart
A qrupu
23:45. Kosovo – Bolqarıstan – 1:1
Qollar: Zeneli, 61 - Bojikov, 39
Baş hakim: Gediminas Majeyka (Litva)
Priştina. Fadil Vokri stadionu
23:45. Monteneqro – İngiltərə - 1:5
Qollar: Vesoviç, 17 – Kin, 30, Barkli, 39, 59, Keyn, 71, Sterlinq, 81
Baş hakim: Aleksey Kulbakov (Belarus)
Podqoritsa. Şəhər stadionu
1 |
İngiltərə |
2 |
2 |
0 |
0 |
10-1 |
6 |
2 |
Bolqarıstan |
2 |
0 |
2 |
0 |
2-2 |
2 |
3 |
Kosovo |
1 |
0 |
1 |
0 |
1-1 |
1 |
4 |
Monteneqro |
2 |
0 |
1 |
1 |
2-6 |
1 |
5 |
Çexiya |
1 |
0 |
0 |
1 |
0-5 |
0 |
Növbəti oyunlar iyunun 7-də keçiriləcək: Monteneqro – Kosovo, Çexiya – Bolqarıstan.
B qrupu
23:45. Lüksemburq – Ukrayna – 1:2
Qollar: Turpel, 34 – Siqankov, 40, Rodriges, 90 (avtoqol)
Baş hakim: Mattias Gestranius (Finlandiya)
Lüksemburq. Jozi Bartel stadionu
23:45. Portuqaliya – Serbiya – 1:1
Qollar: Danilo, 40 – Tadiç, 7 (pen.)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Lissabon. “Benfika” stadionu
1 |
Ukrayna |
2 |
1 |
1 |
0 |
2-1 |
4 |
2 |
Lüksemburq |
2 |
1 |
0 |
1 |
3-3 |
3 |
3 |
Portuqaliya |
2 |
0 |
2 |
0 |
1-1 |
2 |
4 |
Serbiya |
1 |
0 |
1 |
0 |
1-1 |
1 |
5 |
Litva |
1 |
0 |
0 |
1 |
1-2 |
0 |
Növbəti oyunlar iyunun 7-də keçiriləcək: Ukrayna – Serbiya, Litva – Lüksemburq.
H qrupu
21:00. Türkiyə - Moldova – 4:0
Qollar: Kaldırım, 24, Tosun, 26, 53, Ayhan, 70
Baş hakim: Sergey Boyko (Ukrayna)
Əskişəhər. Yeni Atatürk stadionu
23:45. Andorra – Albaniya – 0:3
Qollar: Sadiku, 21, Balaj, 87, Abraşi, 90
Baş hakim: Filip Qlova (Slovakiya)
Andorra la Vella. Kommunal stadionu
23:45. Fransa – İslandiya – 4:0
Qollar: Umtiti, 12, Jiru, 68, Mbappe, 78, Qrizmann, 84
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Sen-Deni. Stad de Frans
1 |
Fransa |
2 |
2 |
0 |
0 |
8-1 |
6 |
2 |
Türkiyə |
2 |
2 |
0 |
0 |
6-0 |
6 |
3 |
Albaniya |
2 |
1 |
0 |
1 |
3-2 |
3 |
4 |
İslandiya |
2 |
1 |
0 |
1 |
2-4 |
3 |
5 |
Andorra |
2 |
0 |
0 |
2 |
0-5 |
0 |
6 |
Moldova |
2 |
0 |
0 |
2 |
1-8 |
0 |
Növbəti oyunlar iyunun 8-də keçiriləcək: İslandiya – Albaniya, Moldova – Andorra, Türkiyə - Fransa.