• İDMAN

    23:02 11 iyun 2019

Futbol üzrə Azərbaycan millisi 250-ci matçında böyük hesabla uduzub - FOTO

AVRO-2020-nin seçmə mərhələsində IV turun ikinci oyun günü start götürüb.

ONA-nın məlumatına görə, E qrupunda mübarizə aparan Azərbaycan milli komandası da bu gün növbəti matçına çıxıb.

Qarşısına final mərhələsinə vəsiqə qazanmaq vəzifəsi qoyulan yığmamız Slovakiyanı qəbul edib. Bu, komandamızın cari tsikldə üçüncü görüşü olub.

Bunadək səfərdə Xorvatiyaya 1:2, evdə Macarıstana 1:3 hesabı ilə uduzan Nikola Yurçeviçin yetirmələri ilk xalını slovakiyalılardan almağa çalışsalar da, yenə bunu bacarmayıblar. Əksinə, komandamız tarixində 250-ci oyununda darmadağınla üzləşib.

Matçda hesab 8-ci dəqiqədə açılıb. Qonaqların heyətində Stanislav Lobotka fərqlənib. Bundan 19 dəqiqə sonra Yuray Kuçka fərqi iki topa çatdırıb. Futbolçularımız 0:2 hesabı ilə geri düşdükdən sonra rəqib qapısına yol tapıb. Ramil Şeydayevin zərbəsi dəqiq alınıb. Lakin 1 dəqiqə sonra slovakiyalılar Marek Hamşikin qolu ilə fərqi yenidən 2 topa çatdırıblar.

Qonaqlar fasilədən sonra qapımıza daha iki dəfə yol tapıblar. Kapitan Hamşik özünün ikinci, komandasının 4-cü qolunu vurduğu halda, matçda son nöqtəni David Hançko qoyub - 5:1.

Beləliklə, yığmamız Nikola Yurçevinin rəhbərliyi altında meydanı yenə məğlub tərk edib. Rəqib isə turnir cədvəlində ilk pilləyə yüksəlib.

Qeyd edək ki, qrupumuzun digər oyununda Macarıstan Uelsi qəbul edəcək.

AVRO-2020-nin seçmə mərhələsi
E qrupu, IV tur
11 iyun
20:00. Azərbaycan - Slovakiya - 1:5

QOLLAR: Şeydayev, 29 - Lobotka, 8, Kuçka, 27, Hamşik, 30, 57, Hançko, 85
Baş hakim: Con Biton
Baş hakimin köməkçiləri: Alan Malvanni, Sin Kerr
Dördüncü hakim: Donald Robertson (hamısı Şotlandiya)
Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 9. Ağabala Ramazanov, 11. Ramil Şeydayev, 14. Rəşad Eyyubov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda
Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 13. Dmitri Nazarov, 15. Namiq Ələsgərov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Əli Babayev, 21. Pavel Paşayev, 22. Aleksey İsayev
Baş məşqçi: Nikola Yurçeviç
Slovakiya: 23. Martin Dubravka, 2. Peter Pekarik, 3. Denis Vavro, 10. Albert Ruşnak, 11. Robert Bojenik, 14. Milan Şkrinyar, 16. David Hançko, 17. Marek Hamşik (k), 19. Yuray Kuçka, 20. Robert Mak, 22. Stanislav Lobotka
Ehtiyat oyunçular: 1. Matuş Kozaçik, 12. Marek Rodak, 4. Branislav Ninay, 5. Lyubomir Şatka, 6. Yan Qrequş, 7. Yaroslav Mixalik, 8. Andrey Duda, 9. Lukas Harastin, 13. Patrik Qroşovski, 15. Robert Mazan, 18. Pavol Şafranko, 21. Matuş Bero
Baş məşqçi: Pavel Hapal
Bakı. “Bakcell Arena” stadionu

1

Slovakiya

3

2

0

1

7-2

6

1

Macarıstan

3

2

0

1

5-4

6

2

Xorvatiya

3

2

0

1

5-4

6

3

Uels

2

1

0

1

2-2

3

5

Azərbaycan

3

0

0

3

3-10

0

ONA

Teqlər:

SON XƏBƏRLƏR