İngiltərə çempionatında futbolçunu vuran azarkeşin məhkəməsi olub. ONA-nın məlumatına görə, Çempionşipdə keçirilən “Birminhem” – “Aston Villa” görüşünün antiqəhrəmanı Pol Miçel azadlıqdan məhrum edilib.
Birminhem derbisi zamanı meydana daxil olaraq qonaq komandanın qapıçısı Cek Qrealişi yumruqla vuran 27 yaşlı fanat 3,5 ay həbs cəzası alıb. Bundan başqa, Miçelə İngiltərədə keçiriləcək futbol oyunlarını canlı izləməyə 10 illik qadağa qoyulub. “Birminhem” azarkeşi 350 funt sterlinq cərimə də ödəməlidir.
Qeyd edək ki, “Birminhem” – “Aston Villa” matçında ev sahibləri 0:1 uduzublar.