Gənclər və İdman Nazirliyi "Arsenal" komandasının erməni futbolçusu Henrix Mixtaryanın Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında iştirakla bağlı Azərbaycanın təhlükəsizlik təminatını verməməsi barədə iddiaya münasibət bildirib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, bundan öncəki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa Oyunları, Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi dövlət iştirakçı ölkələrə təhlükəsizlik təminatı ilə bağlı məktub göndərib.
Nazirlik bu səbəbdən deyilənlərin heç bir reallığa sağmadığını vurğulayıb.
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Həlledici görüşdə "Arsenal"ın rəqibi "Çelsi" olacaq.