Ukraynanın paytaxtı Kiyevdə bədii gimnastika üzrə Qran-pri yarışlarının final mərhələsi baş tutub. ONA-nın məlumatına görə, millimizin qrup hərəkətləri üzrə ikinci komandası turnirdə iki final mərhələsində çıxış edib.
Ayna Cəfərova, Simarə Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Humay Əliyevadan ibarət komanda topla icra etdikləri kompozisiyaya görə 16.150 xal alıblar. 3 halqa və 2 topla nümayişləri isə qızlara 15.400 xal qazandırıb. Nəticədə təmsilçilərimiz hər iki finalda 7-ci yerdə qərarlaşıblar.
Qrup komandamız həmçinin, çoxnövçülük yarışlarında da 7-ci olub.