Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində bir qarşılaşma keçirilib.
ONA-nın məlumatına görə, üçüncü yarımfinalçı İzmirdə müəyyənləşib.
“Göztəpə” öz meydanında “Yeni Malatyaspor”u qəbul edib. Ev sahibləri səfərdəki 0:1 hesablı məğlubiyyətin əvəzini ikinci yarda vurulan qolla çıxa bilib.
Cütün qalibi penaltilər seriyasında müəyyənləşməli olub. Zərbələri daha dəqiq yerinə yetirən Malatya klubu 5:3 hesabı ilə qalib gəlib.
“Yeni Malatyaspor” yarımfinalda “Qalatasaray”la qarşılaşacaq. İlk oyun İstanbulda baş tutacaq. Digər cütdə isə “Umraniyəspor” sabah baş tutacaq “Akhisar” – “Kasımpaşa” duelinin qalibi ilə üz-üzə gələcək.
Türkiyə kuboku
1/4 final, cavab oyunu
“Göztəpə” – “Yeni Malatyaspor” – 1:0, pen. 3:5
Cerom, 73
İlk oyun – 0:1