• İDMAN

    20:56 30 iyul 2019

Güləşçimiz dünya çempionu oldu


Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir.
APA -nın məlumatına görə, mundialın ilk medal günündə Azərbaycan millisinin üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Komandamızın heyətində Cəbrayıl Hacıyev (65 kq) çempion tituluna yiyələnib. O, həlledici qarşılaşmada Avropa Gənclər Yay Olimpiya Festivalının finalında məğlub etdiyi rusiyalı Batirbek Tşxovrebovla üz-üzə gəlib və Bakıdakı ssenari təkrarlanıb. Yenə hesabda geriyə düşən yığman üzvü əzmkar qələbə qazanaraq (6:4) dünya çempionatının qızıl medalına sahib olub.
Millinin digər üzvü Cavid Cavadov (48 kq) isə mükafatın bir addımlığında büdrəyib. Bürünc medal uğrunda hindistanlı Udit Uditlə güləşən idmançı 2:11 hesabı ilə uduzaraq, 5-ci yerlə kifayətlənib.
Qeyd edək ki, bu gün keçirilən görüşlərdən sonra Murad Haqverdiyev (45 kq) və Fərhad Kərimli (60 kq) də bürünc medal uğrunda mübarizə aparmaq şansı qazanıb. Onlar sabah müvafiq olaraq, Stefan Şterjov (Makedoniya) - Vladislav Nikandrov (Qırğızıstan) və Genik Asatryan (Ermənistan) - Yoşinosuke Aoyaqi (Yaponiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR