• İDMAN

    13:11 17 may 2019

Gürcü futbolçu Azərbaycandan yüksək məbləğ qarşılığında aldığı təklifdən imtina edib

“Asiyadan, Azərbaycandan, Qazaxıstandan, Moldovadan təkliflər almışdım. Mənə daha çox pul təklif edirdilər”.

ONA-nın məlumatına görə, bunu Gürcüstan milli komandasının və İsveçrənin “Lütsern” klubunun futbolçusu Valerian Qviliya deyib.

İcarə əsasında Polşanın “Qurnik” klubunda çıxış edən 24 yaşlı mərkəz yarımmüdafiəçisi müxtəlif ölkələrdən təklif aldığını bildirib. V.Qviliya Azərbaycana da çağırıldığını, lakin yüksək məbləğdən imtina etdiyini bildirib:

“35 yaşındakı kimi görünsəm də, hələ 24 yaşım var, hələ gəncəm. Gənc yaşında bu tip ölkələrin çempionatına gedənlərin əleyhinə deyiləm. Amma bu, mənim yolum deyil. Hazırda daha yaxşı liqalarda oynamaq üçün hər şey etməliyəm. Asiya heç yerə qaçmır. Bir neçə ildən sonra da ora gedə bilərəm”.

Qeyd edək ki, V.Qviliya 2016-cı ildən çağırıldığı Gürcüstan yığmasında 21 oyun keçirib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR