Gürcüstanda danışılmış oyunlarda iştirakda şübhəli bilinən 11 futbolçu saxlanılıb.
ONA-nın məlumatına görə, bunu ölkənin dövlət təhlükəsizlik xidməti açıqlayıb.
Bildirilir ki, saxlanılanlardan səkkizi hazırda çıxışını davam etdirən, üçü isə karyerasını başa vuran futbolçudur. Cinayətkar qrupun üzvləri bu oyunçularla əlaqə saxlayıb, pul qarşılığında oyunların nəticələrini razılaşdırdığı iddia edilir.
Sabiq oyunçulardan Vaxtanq C., Laşa Ç., Nika D., karyerasını davam etdirənlərdən İrakli X. (“Çiatura”), Rober İ., İrakli B. (hər ikisi “Lançxuti Quriya”), Coni Ş., Georgi G., Nikoloz M., Paata Q., Nodar K. (hamısı “VİT-Corciya”) saxlanılıblar.
Yerinə yetirdikləri əməllərə görə futbolçular 93,5 min lari (34 min dollardan çox) qazanıblar. Onları 4 ildən 7 ilədək həbs gözləyir.
Qeyd edək ki, hələlik oyunçuların soyadları açıqlanmır.