İspaniya Kral Futbol Federasiyasının Nizam-İntizam Komitəsinin iclası keçirilib.
ONA-nın məlumatına görə, qurum “Atletiko”nun futbolçusu Dieqo Kosta ilə bağlı qərar verib.
Hücumçu 8 oyunluq cəzalandırılıb. Buna D.Kostanın La Liqanın XXXI turunun “Barselona” ilə görüşünün (0:2) hakimi Xesus Xil Mansanonu təhqir etməsi səbəb olub. Referi matçın protokolunda qeyd edib ki, ilk yarının ortalarında qırmızı vərəqə göstərdiyi futbolçu onun anasını söyüb.
Düzdür, D.Kosta bunu təkzib edib. Lakin hakimin mikrofonundaki audioyazı ilə futbolçunun günahı təsdiqlənib. Futbolçu sonuna 7 tur qalan mövsümü başa vurub. Çünki “Atletiko” kubok və avrokuboklarla da vidalaşıb.
Qeyd edək ki, D.Kosta 6, madridlilər 2,8 min avro cərimə də ödəyəcək.