Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Mançester Siti” ilə matçda zədələnən “Tottenhem”in futbolçusu Hari Keynin durumu kifayət qədər ciddidir.
ONA-nın məlumatına görə, bunu London təmsilçisinin baş məşqçisi Maurisio Poçettino açıqlayıb.
O bildirib ki, matçın 56-cı dəqiqəsində xəsarət alaraq meydanı tərk edən 25 yaşlı hücumçunun durumu ürəkaçan deyil: “Biz çox üzgünük. Ola bilsin ki, Keyn mövsümün sonunadək sıradan çıxıb. Biz də bu vəziyyətdən narahatıq. Onun topuğu burxulub. Görək hadisələr necə davam edəcək”.
Qeyd edək ki, matç “Tottenhem”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.