Türkiyənin “Ərzurumspor” klubunun yeni baş məşqçisi müəyyənləşib. ONA-nın məlumatına görə, Super Liqa klubu Həmzə Həmzəoğlu ilə anlaşıb.
O, Mehmet Özdilekin istefasından sonra boş qalan baş məşqçi postuna təyin olunub. 49 yaşlı mütəxəssisin qarşısına Super Liqada qalmaq uğrunda mübarizə aparan Ərzurum klubunu çətin durumdan çıxarmaq vəzifəsi qoyulub.
Qeyd edək ki, son iş yeri ötən il çalışdırdığı “Antalyaspor” olan Həmzəoğlu məşqçi karyerası ərzində “Malatyaspor”, “Eyupspor”, “Dənizlispor”, “Akhisar”, “Qalatasaray”, “Bursaspor” və “Osmanlıspor” klublarına da rəhbərlik edib.