• İDMAN

    14:05 15 may 2022

“Bakı Marafonu-2022”nin qalibi müəyyənləşib - YENİLƏNİB

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2022”nin qalibi müəyyənləşib.

ONA xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda rusiyalı Rinas Axmadeyev qalib gəlib. Rusiyalı atlet marşrutu 1 saat 4 dəqiqəyə qət edib.

Yarışın start nöqtəsi ilə yanaşı, finişi də Dövlət Bayrağı Meydanı olub və 21 kilometrlik məsafəni əhatə edib.

2016-cı ildən təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

***

saat 10.46

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 15-də “Bakı Marafonu-2022” başlayıb.

ONA xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında beşinci dəfə keçirilən Bakı marafonu bu il fərqli marşrutda təşkil edilib.

Yarışın start nöqtəsi ilə yanaşı, finişi də Dövlət Bayrağı Meydanında olacaq və 21 kilometrlik məsafəni əhatə edəcək. Belə ki, yarışa Dövlət Bayrağı Meydanından başlayacaq iştirakçılar Dənizkənarı bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi – Bakı Ağ şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi -Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, Cavanşir körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti (Hökumət evi, Muzey Mərkəzi, Kukla teatrı, Qız qalası, “Azneft” dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) yürüşü Dövlət Bayrağı Meydanında başa çatdıracaqlar.

Qeyd edək ki, 2016-cı ildən təşkil olunan Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR