• İDMAN

    16:22 11 aprel 2019

II Avropa Oyunlarına qatılacaq Azərbaycan karateçilərinin adları açıqlanıb

Belarusun paytaxtı Minskdə II Avropa Oyunlarına və ABŞ-ın San Dieqo şəhərində Dünya Çimərlik Oyunlarına vəsiqə qazanan Azərbaycan karateçilərinin adları açıqlanıb.

Azərbaycan Karate Federasiyasından ONA-ya verilən məlumata görə, iyunun 21-30-da 50 ölkədən 4000-dən artıq idmançının 15 növ üzrə mübarizə aparacağı Minsk-2019-da 6 karateçimiz iştirak edəcək.

Kumite turnirində Azərbaycanı Firdovsi Fərzəliyev (60 kq), Rafael Ağayev (+75 kq), Asiman Qurbanlı (+84 kq), eləcə də Nuranə Əliyeva (50 kq) və İrina Zaretska (68 kq), kata yarışlarında isə Roman Heydərli təmsil edəcək.

Karateçilərimiz əsasən ötən günlərdə İspaniyada son qitə çempionatında qazandıqları reytinq xalları ilə Avropa Oyunlarında iştirak etmək hüququ qazanıblar. II Avropa Oyunlarının karate yarışları iyunun 29-30-da Minskin Çijovka-Arena Kompleksində keçiriləcək.

Son Avropa üçüncüsü Roman Heydərovun nəticəsi ona həm də Dünya Çimərlik Oyunlarında ölkəmizi təmsil etmək şansı verib. San Diyeqoda oktyabrın 9-15-də keçiriləcək mötəbər yarışın karate turniri isə ayın 10-11-nə təsadüf edəcək.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR