II Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları Vətənə qayıdıb - [color=red]FOTO[/color] - [color=red]VİDEO[/color] - [color=red]YENİLƏNİB-1[/color]
  • İDMAN

  • 06:45 02 İyul 2019

II Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları Vətənə qayıdıb - FOTO - VİDEO - YENİLƏNİB-1

Video əlavə olunub.

***

Saat 04:40

II Avropa Oyunlarında Azərbaycanı tənsil edən idmançıların növbəti qrupu Vətənə qayıdıb.

ONA xəbər verir ki, yunan-Roma güləşçiləri və boks millimiz də artıq Bakıdadır.

Azərbaycanı uğurla təmsil edən idmançıları hava limanında təntənə ilə qarşılanıb.

***

Saat 02:07

II Avropa Oyunlarında iştirak etmək üçün Belarusun paytaxtı Minskə yollanan idmançılarımız Vətənə geri dönüb.

ONA xəbər verir ki, idmançıları gətirən təyyarə Heydər Əliyev adına Hava Limanına enib.

Bildirilir ki, Vətənə ilk olaraq Azərbaycan karateçiləri və akrobatları qayıdıb. Onların ardınca yunan-Roma güləşçiləri və boks millimiz Bakıya qayıdacaq.

Nurlan Əli

Teqlər: 2-ci Avropa Oyunları

OXŞAR XƏBƏRLƏR