• İDMAN

    13:28 10 iyun 2019

II Avropa Oyunlarında medal qazanacaq Azərbaycan idmançılarına nə qədər pul veriləcəyi bəlli olub

Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarında medal qazanan Azərbaycan idmançılarına veriləcək mükafatların məbləği bəlli olub.

APA-nın məlumatına görə, mükafatlar barədə Milli Olimpiya Komitəsində nümayəndə heyəti ilə təşkil olunan görüşdə məlumat verilib.

Qurumun vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, yeni qərar verilməsə, Avropa Oyunları üçün mükafatlar 4 il əvvəl Bakı-2015-dəki kimi olacaq.

2015-ci ildə Bakıda təşkil olunan I Avropa Oyunlarında I yer tutmuş hər bir idmançıya 150 min manat (Prezidentin sərəncamı ilə 100 min + MOK tərəfindən 50 min), onun şəxsi məşqçisinə 75 min manat (Prezidentin sərəncamı ilə 50 min + MOK tərəfindən 25 min), II yerə sahib çıxanların hər birinə 80 min manat (Prezident sərəncamı ilə 50 min + MOK tərəfindən 30 min), onun şəxsi məşqçisinə 40 min manat (Prezidentin sərəncamı ilə 25 min + MOK tərəfindən 15 min), bürünc medal qazanmış hər bir idmançıya isə 50 min manat (Prezident sərəncamı ilə 30 min + MOK tərəfindən 20 min), onun şəxsi məşqçisinə 25 min manat (Prezidentin sərəncamı ilə 15 min + MOK tərəfindən 10 min) pul mükafatı verilib.

Qeyd edək ki, Avropa Oyunları iyunun 21-30-da Minskdə keçiriləcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR