“II Avropa Oyunları zamanı qonaqların qidalanmasının təşkili iyunun 15-də start götürəcək, iyulun 3-dək davam edəcək. Qarşımızda çox nüfuzlu - 4 min idmançı və 2 min nümayəndəni qida ilə təmin etmək vəzifəsi durur”. ONA.az xəbər verir ki, bunu II Avropa Oyunlarının rəhbərliyinin qidalanma təşkili fondunun rəisi Yuliya Kravçenko deyib.
O bildirib ki, Minsk-2019-a hazırlıq zamanı Bakı-2015-in təcrübəsindən istifadə olunacaq: “Hər gün Atletlər Kəndi və yarışların keçirildiyi yerlərdə qidalanma təşkil etməliyik. Yarışın qida operatoru “Stolitsa” Biznes Mərkəzi olacaq. Qonaqlar yeməkxanadan məhdudiyyətsiz istifadə edə biləcəklər. Menyu tərtib edərkən beynəlxalq təcrübədən yararlanmışıq. 2014 və 2016-cı illərdə keçirilən Olimpiya Oyunları, həmçinin Bakıda təşkil olunan ilk Avropa Oyunlarının təcrübəsi nəzərə alınıb. Bunun üzərində çox çalışmışıq. Beynəlxalq ekspertlər, həmçinin, Avropa Olimpiya Komitəsinin (AOK) rəsmisi Meri Holloveyin məsləhətlərindən yararlanmışıq. Qidalanma zamanı idmançıların orqanizminə dopinqin düşməməsi üçün beynəlxalq standartlara əsaslanmışıq. Bu da işimizdəki əsas meyarlardan biridir”.
Qeyd edək ki, II Avropa Oyunları iyunun 21-30-da keçiriləcək.