• İDMAN

    09:50 2 may 2019

İker Kasilyas: “Hər şey nəzarət altındadır”

Portuqaliyanın “Portu” klubunun qapıçısı İker Kasilyas durumuna aydınlıq gətirib.

ONA-nın məlumatına görə, İspaniya millisinin və “Real”ın sabiq qapıçısı sağlamlığını qaydasına düşdüyünü deyib.

O, tvitter hesabından hər bir kəsə təşəkkür də edib: “Hər şey nəzarət altındadır. Mən çox qorxdum. Amma indi hər şey qaydasına düşür. Mesajlar və sevgilərinizə görə hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, İker Kasilyas ürəktutması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Təcrübəli qolkiper özünü məşq zamanı pis hiss edib.
Xəstəxanaya aparılan 37 yaşlı əlcək sahibi əməliyyat olunub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR