• İDMAN

    23:05 1 may 2019

İker Kasilyas ürəktutması diaqnozu ilə xəstəxanaya yerləşdirilib

İspaniya milli komandasının və “Real”ın sabiq qapıçısı İker Kasilyas ürəktutması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

ONA-nın məlumatına görə, Portuqaliyada “Portu”nun şərəfini qoruyan təcrübəli qolkiper özünü məşq zamanı pis hiss edib.

Xəstəxanaya aparılan 37 yaşlı əlcək sahibi əməliyyat olunub. Hazırda durumu sabit kimi dəyərləndirilən İ.Kasilyas sağlamlığı ilə bağlı mövsümü başa vurub.

Qeyd edək ki, cari mövsümdə “Portu”nun heyətində 45 oyun keçirən ispaniyalı qapıçı müqaviləsini 2020-ci ilin yayına qədər uzadıb. “Real”da 510 oyun keçirən futbolçu 3 dəfə Çempionlar Liqasının, 5 dəfə İspaniya çempionatının qalibi olub. O, millinin heyətində bir dəfə dünya, iki dəfə Avropa çempionu tituluna yiyələnib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR