• İDMAN

    19:08 6 may 2019

İker Kasilyas xəstəxanadan evə buraxılıb

“Portu” futbol klubunun qapıçısı İker Kasilyas xəstəxanadan evə buraxılıb.

ONA-nın xəbərinə görə, bu barədə Portuqaliya klubunun saytı məlumat yayıb.

İ. Kasilyas özünü yaxşı hiss etdiyini bildirərək istirahətə ehtiyacı olduğunu vurğulayıb.

Qeyd edək ki, İ. Kasilyas ötən həftə məşq zamanı infarkt keçirib və xəstəxanaya yerləşdirilib.

İkiqat Avropa və dünya çempionu 2015-ci ildə “Real” Madriddən “Portu”ya transfer olunub.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR