• İDMAN

    13:02 12 mart 2019

İker Kasilyas Zidanın “Real”a qayıdışını “Gələcəyə dönüş-2” filminə bənzədib

Fransalı mütəxəssis Zinəddin Zidanın “Real”a qayıdışı dünyada böyük əks-səda doğurub. ONA-nın məlumatına görə, futbol aləminin az qala bütün tanınmışları buna münasibət bildiriblər.

Madrid klubunun əfsabəsi, hazırda Portuqaliyada “Portu”nun şərəfini qoruyan İker Kasilyas da sabiq klubunda baş verənlərə biganə qalmayıb.

O, tvitter səhifəsində Madrid klubuna 3 dəfə Çempionlar Liqasını qazandıran Zidanın dönüşünü müsbət dəyərləndirib: “Mən həmişə düşünürdüm ki, “Gələcəyə dönüş-2” filmi dünya kinematoqrafiyasında ən yaxşı ikinci hissədir. Amma mən yanılmışam. Ən yaxşı ikinci hissə Zidanın “Real”a qayıdışıdır”.

Qeyd edək ki, Kasilyas 1998-2015-ci illərdə “Real”ın şərəfini qoruyub. Bu komanda ilə 3 dəfə Çempionlar Liqasının, 5 dəfə İspaniya La Liqasının, 2 dəfə ölkə kubokunun, 4 dəfə İspaniya, 2 dəfə UEFA Superkubokunu, həmçinin qitələrarası kubok və klublararası dünya çempionatının qalibi adına yiyələnib.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR