Futzal üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
ONA-nın məlumatına görə, iki oyunçu aprelin 8-də və 9-da Bakıda, ayın 10-dan 12-dək Latviyada, 13-dən 17-dək isə Serbiyada təlim-məşq toplanışı keçirəcək yığmanın heyətindən çıxarılıb.
Bunlar Namiq Məmmədkərimov və Fərid Atakişiyevdir. Kənarlaşdırılan futzalçıların əvəzinə Ramiz Çovdarov və İsa Atayev milli komandaya dəvət olunub.
Qeyd edək ki, yığmamız toplanış çərçivəsində aprelin 11-də və 12-də Latviya, 15-də və 16-da isə Serbiya ilə yoldaşlıq oyunları keçirəcək.