• İDMAN

    15:31 7 may 2019

İlkay Gündoğan: “Liverpul”un 4:0 hesabı ilə qalib gəlməsini təsəvvür edə bilərəm”

“Artıq bu qarşılaşma haqda düşünmüşəm. Nədənsə məndə elə bir hiss var ki, bu cütdə hər şey həll olunmayıb”.

ONA-nın məlumatına görə, bunu İngiltərənin “Mançester Siti” klubunun futbolçusu İlkay Gündoğan deyib.

Yarımmüdafiəçi Çempionlar Liqasının bu gün keçiriləcək “Liverpul” – “Barselona” oyunu barədə fikirlərini açıqlayıb. İ.Gündoğan səfərdə 0:3 hesabı ilə uduzan İngiltərə klubunun evdə möcüzəni gerçəkləşdirə biləcəyini mümkün sayır: “Liverpul”un 4:0 hesabı ilə qalib gəlməsini təsəvvür edə bilərəm. Niyə belə olduğunu bilmirəm. Amma mənə elə gəlir ki, Kloppun motivasiya etdiyi və onlara qarşı oynamağın çətin olduğu futbolçular “Enfild”də, hətta “Barselona” kimi komandanı bir matçda keçə bilərlər”.

Qeyd edək ki, “Liverpul” – “Barselona” oyunu bu gün saat 23:00-da başlayacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR