İngiltərənin “Derbi Kaunti” klubu satışa çıxarılıb. ONA-nın məlumatına görə, Mel Morris sahibi olduğu klubu cəmi 1 funt sterlinqə satmaq niyyətindədir.
Buna səbəb “Derbi Kaunti”nin milyonlarla borcunun olmasıdır. Klubu alacaq şəxs ildən-ilə artan bu borcu da ödəmək məcburiyyətində olacaq.
Əfsanəvi futbolçu Frenk Lempardın baş məşqçisi olduğu “Derbi Kaunti” Çempionsipdə çıxış edir. Hazırda komanda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, 1884-cü ildə yaradılan klub iki dəfə İngiltərə çempionu olub.