İngiltərənin “Şeffild Yunayted” klubu “Əl-Qaidə” terror təşkilatının sabiq lideri Üsama Bin Ladenin ailə üzvü tərəfindən maliyyələşdirilib.
ONA-nın “The Daily Mail”ə istinadən məlumatına görə, klubun hesabına köçürülən 3 milyon funt sterlinqin öldürülən “Əl-Qaidə” liderinin qohumu tərəfindən verildiyi müəyyənləşib.
Bu maliyyə əməliyyatı “Delta layihəsi” adı altında gerçəkləşib. Şeffild təmsilçisinin belə maliyyələşməsi kluba sahibkarlıq hüququnu araşdıran London Ali Məhkəməsinin iclasında üzə çıxıb.
Qeyd edək ki, əsası 1889-cu ildə qoyulan “Şeffild Yunayted” başa çatan mövsümdə Çempionşipdə 2-ci yeri tutaraq Premyer Liqaya vəsiqə qazanıb.