İngiltərə kubokunda ikinci finalçı müəyyənləşib - [color=red]VİDEO[/color]
  • İDMAN

  • 22:13 07 Aprel 2019

İngiltərə kubokunda ikinci finalçı müəyyənləşib - VİDEO

İngiltərə kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

ONA-nın məlumatına görə, “Uembli”də keçirilən ikinci matçda “Uotford”la “Vulverhempton” qarşılaşıb.

Finalçının adına əlavə vaxtda aydınlıq gəlib. Belə ki, “canavarlar”ın iki top fərqi ilə önə çıxdığı qarşılaşmanın əsas vaxtı qalibi müəyyənləşdirməyib – 2:2. Nominal meydan sahiblərinin əlavə vaxtda vurduğu qol isə finala vəsiqənin sahibinə aydınlıq gətirib. Bu qələbə ilə “Uotford” həlledici matçda “Mançester Siti”yə rəqib olub.

Qeyd edək ki, mayın 18-də baş tutacaq final oyunu Londonun “Uembli” stadionunda keçiriləcək.

İngiltərə kuboku
Yarımfinal
7 aprel

“Uotford” – “Vulverhempton" – 3:2, əlavə vaxtda 
Deulofeu, 79, 104, Dini, 90+4 - Doherti, 36, Ximenes, 63

Vüqar Xeyrullayev

Teqlər: İngiltərə kuboku uotford Vulverhempton

OXŞAR XƏBƏRLƏR