• İDMAN

    21:01 17 mart 2019

İngiltərə kubokunda sonuncu yarımfinalçı müəyyənləşib

İngiltərə kubokunda 1/4 final mərhələsinə yekun vurulub. ONA-nın məlumatına görə, sonuncu yarımfinalçı “Miluoll” - “Brayton” oyununda müəyyənləşib.

Matçın taleyi penaltilər seriyasında həll olunub. Öncə öz meydanında oynayan Çempionşip təmsilçisi Premyer Liqa klubunun qapısından iki cavabsız qol keçirib. Lakin “Brayton” qarşılaşmanın sonlarında vurulan qollarla matçı xilas edib.
Əlavə vaxtda komandalar qol vura bilməyiblər. Penaltilər seriyasında daha dəqiq olan “Brayton” yarımfinala sonuncu vəsiqənin sahibi olub.

Qeyd edək ki, bir gün əvvəl keçirilən qarşılaşmalardan sonra Premyer Liqa təmsilçiləri “Uotford”, “Vulverhempton” və “Mançester Siti” “Uembli”də oynamaq hüququ qazanıb. Yarımfinal oyunları aprelin 6-7-də, final isə mayın 18-də baş tutacaq. Hər üç görüş Londondakı “Uembli” stadionunda keçiriləcək.

İngiltərə kuboku
1/4 final
“Miluoll” – “Brayton” – 2:2, pen. 4:5

Pirs, 70, Obrayan, 79 – Lokadia, 88, Març, 90+5

Tahir

Teqlər:

SON XƏBƏRLƏR