İngiltərə kubokunda 2018/19 mövsümünə yekun vurulub.
ONA-nın məlumatına görə, turnir “Uembli” stadionunda keçirilən “Mançester Siti” – “Uotford” matçı ilə başa çatıb.
İlk hissədə iki qol vuran mançesterlilər fasilədən sonra daha dörd dəfə fərqləniblər. Beləliklə, “şəhərlilər” rəqibini 6:0 hesabı ilə darmadağın ediblər.
“Mançester Siti” 8 ildən sonra kuboku başı üzərinə qaldırıb. Bu, “şəhərlilərin” tarixində 6-cı İngiltərə kubokudur.
İngiltərə kuboku
Final
18 may
“Mançester Siti” – “Uotford” – 6:0
David Silva, 26, Sterlinq, 38, 81, 87, De Bruyne, 61, Jezus, 68