İngiltərə Premyer Liqasının XXXI turunun “Uoford” – “Sauthempton” oyunu (1:1) rekordla əlamətdar olub.
ONA-nın məlumatına görə, qarşılaşmanın 1-ci dəqiqəsində hesabı açan Şeyn Lonq Premyer Liqa tarixində ən erkən qolun müəllifi olub.
O, görüşün 7-ci saniyəsində meydan sahiblərinin qapısına yol tapıb. Hücumçu “Tottenhem”in sabiq müdafiəçisi Ledli Kinqin rekordunu yeniləyib.
London klubunun futbolçusu 10-cu saniyədə qol sevinci yaşamışdı. L.Kinq bu rekordu 2000/01 mövsümünün “Bredfor”la görüşündə gerçəkləşdirmişdi.