• İDMAN

    10:08 25 mart 2019

İngiltərə Premyer Liqasının ən yaxşı legioner qapıçı və müdafiəçisi müəyyənləşib

İngiltərə Premyer Liqası tarixinin ən yaxşı legioner qapıçısı və müdafiəçisi müəyyənləşib.

ONA-nın məlumatına görə, hər iki amplua üzrə ən yaxşını azarkeşlər arasında keçirilən səsvermənin nəticələri ilə bəlli olub.

Danimarka millisinin və “Mançester Yunayted”in sabiq qapıçısı Peter Şmeyxel qolkiperlər arasında birinci olub. “Çelsi” və “Arsenal”da oynamış çexiyalı Petr Çex ikinci, “Mançester Yunayted”in ispan əlcək sahibi David De Xea üçüncü yeri tutub.

“Mançester Siti”nin belçikalı futbolçusu Vensan Kompani müdafiəçilər arasında hamını qabaqlayıb. “Mançester Yunayted”də oynamış futbolçulardan serbiyalı Nemanya Vidiç ikinci, hollandiyalı Yap Stam üçüncü olub.

Qeyd edək ki, bir gün öncə Premyer Liqanın ən yaxşı legioneri açıqlanıb. Bu ada “Arsenal”da çıxış etmiş Tyerri Anri yiyələnib.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR