Futbol üzrə İngiltərə Premyer Liqasında tarixin ən yaxşı legioneri müəyyənləşib. ONA-nın məlumatına görə, “Arsenal” və Fransa millisinin sabiq hücumçusu Tyerri Anri səsvermənin qalibi olub.
O, respondentlərin səslərinin 45 faizini toplayıb. Digər fransalı – “Mançester Yunayted”də oynamış Erik Kantona ikinci yeri tutub. O, səslərin 12 faizini yığıb.
Üçüncü sırada isə Serxio Aquero qərarlaşıb. “Mançester Siti”nin argentinalı hücumçusuna respondentlərin 8 faizi səs verib.
Qeyd edək ki, Anri 1999-2007-ci illərdə çıxış etdiyi “Arsenal”da 258 oyunda 175 qol vurub. Komandası ilə iki dəfə İngiltərə çempionu olan hücumçu karyerasını başa vurduqdan sonra bir müddət London klubunun məşqçilər korpusunda yer alıb.