• İDMAN

    01:32 25 fevral 2019

İran yığması Montellaya 3 illik müqavilə təklif edib

Futbol üzrə İran milli komandasını baş məşqçi postuna əsas namizəd müəyyənləşib. ONA-nın xəbərinə görə, Asiya təmsilçisini italiyalı Vinçentso Montella çalışdıra bilər.

Bu ölkənin futbol federasiyası mütəxəssisə 3 illik müqavilə təklif edib. Qətərdə keçiriləcək DÇ-2022-nin sonuna qədər nəzərdə tutulan anlaşmaya görə Montella ildə 1,5 milyon avro qazanacaq.

Vətənində “Kataniya”, “Fiorentina”, “Samptoriya” və “Milan”, İspaniyada isə “Sevilya”nı çalışdırmış 44 yaşlı mütəxəssis təklifi dəyərləndirmək üçün bir neçə gün vaxt istəyib.

Qeyd edək ki, İran millisi Asiya Kubokunun final mərhələsindən sonra baş məşqçisizdir. Yarışdan sonra müqaviləsi başa çatan Karluş Keyruş vəzifəsini tərk edərək, Kolumbiya yığmasının “sükanı arxasına” keçib.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR