• İDMAN

    11:15 22 fevral 2019

İslamiadanın beşqat qalibi Dünya Kuboku üçün Hindistana yollanıb

Sabah Hindistanın Nyu Dehli şəhərində güllə atıcılığı üzrə Dünya Kuboku start götürəcək. ONA-nın məlumatına görə, yarışda Azərbaycan millisi bir snayperlə təmsil olunacaq.

Ölkəmizi turnirdə Ruslan Lunyov təmsil edəcək. İslam Həmrəyliyi Oyunlarının beşqat qalibi 2 dəfə hədəf önünə keçəcək. O, 10 m və 25 m məsafəyə atəşaçmada dəqiqliyini yoxlayacaq.

Qeyd edək ki, Dünya Kubokunda 61 ölkədən 502 idmançı mübarizə aparacaq.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR