Hindistanın Nyu Dehli şəhərində güllə atıcılığı üzrə Dünya Kubokuna start verilib. ONA-nın məlumatına görə, yarışın ikinci günündə Azərbaycan millisinin üzvü Ruslan Lunyov da hədəf önünə keçib.
İslam Həmrəyliyi Oyunlarının beşqat qalibi 10 m məsafəyə atəşaçmada 32-ci yeri tutub. O, ikinci cəhdində 25 m məsafəyə atəşaçmada dəqiqliyini yoxlayacaq.
Qeyd edək ki, Dünya Kubokunda 61 ölkədən 502 idmançı mübarizə aparır.