• İDMAN

    14:53 25 aprel 2019

İspaniya klubları Superkubok və kubokdakı yeniliklərin əleyhinə çıxıblar

İspaniya klubları Superkubok və ölkə kubokunun formatının dəyişdirilməsinin əleyhinədir.

ONA-nın məlumatına görə, 42 komandadan 39-u yenilikləri dəstəkləmir.

Digər klublardan ikisi format dəyişikliyinə səs verməyə hazırdırsa, biri bitərəfdir. Narazılığın əsas səbəbi yeniliklərin klublarla müzakirə olunmamasıdır.

Qeyd edək ki, İspaniya Futbol Federasiyası Superkuboku hər ilin yanvarında 4 komandanın iştirakı ilə Səudiyyə Ərəbistanında keçirilməsini istəyir. Ölkə kubokunda isə yarımfinal duelləri bir oyundan ibarət olması planlaşdırılır. Bu yeniliklər aprelin 29-da keçiriləcək federasiyanın baş assambleyasında təsdiqlənməlidir.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR