Futbol üzrə İspaniya La Liqasında XXV turun açılış matçı keçirilib. ONA-nın məlumaıtna görə, qarşılaşmada “Espanyol” “Hueska”nı qəbul edib.
Ev sahibləri autsayderlə görüşdə xal itkisi ilə üzləşiblər. “Espanyol” hesabı açsa da, yekunda 1 xalla kifayətlənib.
Nəticədə onlar 30 xalla 13-cü pillədə yer alıblar. “Hueska” isə 19 xalla yenə sonuncu – 20-ci pillədədir.
İspaniya La Liqası
XXV tur
“Espanyol” – “Hueska” – 1:1
Qranero, 25 – Etçeyta, 47