• İDMAN

    21:06 22 mart 2019

İspaniya və İtaliya yığmaları skandinaviyalıları sınağa çəkəcək

Sabah AVRO-2020-nin seçmə mərhələsində ilk tura yekun vurulacaq. ONA-nın məlumatına görə, mübarizəyə start veriləcək D, F və J qruplarında ümumilikdə 8 oyun keçiriləcək.

D qrupunun iddialıları səfər matçlarına çıxacaq. İsveçrə Gürcüstanda, İrlandiya isə Cəbəllütariqdə qonaq olacaq.

İspaniya favoriti olduğu F qrupundakı ilk görüşündə Norveçi sınağa çəkəcək. Digər iddialılar Rumıniya və İsveç skandinaviyalıların meydanında görüşəcək. Millətlər Liqasında da eyni qrupda yer alan Malta və Farer adaları isə öz aralarında münasibətlərini aydınlaşdıracaqlar.

J qrupunun favoriti İtaliya Finlandiya ilə ev matçına çıxacaq. Yunanıstan isə Lixtenşteyndə qonaq olacaq. Bosniya və Herseqovina isə öz meydanında Ermənistanla görüşəcək.

Qeyd edək ki, seçmə mərhələnin ilk turunun qarşılaşmaları martın 21-də start götürüb.

AVRO-2020-nin seçmə mərhələsi
23 mart

D qrupu
18:00. Gürcüstan – İsveçrə

Baş hakim: Kreyq Pouson (İngiltərə)
Tbilisi. Boris Payçadze “Dinamo” stadionu

21:00. Cəbəllütariq - İrlandiya
Baş hakim: Anastasios Papapetrou (Yunanıstan)
Cəbəllütariq. “Viktoriya” stadionu

F qrupu
21:00. Malta – Farer adaları

Baş hakim: Vilyalmur Alvar Porarinsson (İslansiya)
Ta-Qali. Milli stadion

21:00. İsveç - Rumıniya
Baş hakim: Maykl Oliver (İngiltərə)
Solna. Friends Arena

23:45. İspaniya - Norveç
Baş hakim: Andris Treymanis (Latviya)
Valensiya. “Mestalya” stadionu

J qrupu
23:45. Bosniya və Herseqovina – Ermənistan

Baş hakim: Yakob Kehlet (Danimarka)
Sarayevo. Qrvavitsa stadionu

23:45. İtaliya - Finlandiya
Baş hakim: Orel Qrinfeld (İsrail)
Udine. “Daçiya Arena”

23:45. Lixtenşteyn - Yunanıstan
Baş hakim: Aleksandre Buko (Belçika)
Vaduts. Reynpark stadionu

Tahir

Teqlər:

SON XƏBƏRLƏR