İstanbul derbilərinin vaxtı açıqlanıb
  • İDMAN

  • 14:23 21 Mart 2019

İstanbul derbilərinin vaxtı açıqlanıb

Türkiyə Super Liqasının qarşıdakı beş turunun oyunlarının vaxtı açıqlanıb. ONA-nın məlumatına görə, XXVII-XXXI turlar çərçivəsində böyük maraq kəsb edən derbilərin vaxtı da müəyyənləşib.

XXVIII tur çərçivəsində keçiriləcək “Fənərbaxça” – “Qalatasaray” matçı aprelin 14-də keçiriləcək. İstanbul derbisi yerli vaxtla saat 19:00-da başlayacaq. 

XXXI turda isə “Qalatasaray” “Beşiktaş”ı qəbul edəcək. İstanbulda baş tutacaq bu derbi mayın 5-də oynanılacaq. Görüş yerli vaxtla saat 19:00-da start götürəcək.

Qeyd edək ki, Super Liqanın hazırkı turnir cədvəlində “Qalatasaray” 2-ci, “Beşiktaş” 3-cü, “Fənərbaxça” 13-cü pillədədir.

Vüqar Xeyrullayev

Teqlər: İstanbul derbiləri Qalatasaray Beşiktaş

OXŞAR XƏBƏRLƏR